Xəbərlər

Dilmanc tərcümə sistemi Stokholmda SLTC 2008 konfransında təqdim olunmuşdur

Dilmanc tərcümə sisteminin əməkdaşı Rauf Fətullayev 20-22 Noyabr Stokholm şəhərində keçirilmiş SLTC 2008 (Swedish Language Technology Conference) konfransında iştirak etmişdir. "Dilmanc is the 1st MT system for Azerbaijani" ("Dilmanc Azərbaycan dili üçün ilk MT sistemidir") başlıqlı məqalə ilə çıxış edərək, əvvəlcə Dilmanc tərcümə sistemini konfrans iştirakçılarına nümayiş etdirmiş, sonra isə türk dilləri üçün dünyada ilk dəfə aparılmış tədqiqatlar, hazırlanmış tərcümə alqoritmləri, yeni naliyyətlər və s. haqqında məlumat vermişdir. Xüsusilə Dilmanc tərcümə sisteminin hazırlanması zamanı ilk dəfə türk dilləri üçün aparılmış tədqiqatlar və onların necə realizasiya olunması konfrans iştirakçılarında böyük maraq oyandırmışdır. Avropalı tədqiqatçılar bu mövzuda suallar vermiş, öz fikirlərini bölüşmüşdürlər.

Bundan başqa nitqin tanınması sahəsində də digər tədqiqatçılarla müzakirələr olmuş, Azərbaycan dili üçün nitqin tanınması sisteminin yaradılmasının xüsusiyyətləri qeyd edilmiş və Dilmanc layihəsi çərçivəsində hazırlanan Azərbaycan dili üçün nitqin tanınması sistemi haqqında onlara məlumat verilmişdir.

Qeyd edək ki, konfransda Herman Ney (RWTH, Axen, Almaniya), Culiya Hirşberq (Kolumbiya Universiteti, Nyu-York, ABŞ), İna Bornkesl-Şlesevski (Maks Plank institutu, Leypziq, Almaniya) kimi linqvistik texnologiyalar sahəsində dünya şöhrətli alimlər iştirak etmişdirlər.

Bu konfransda Dilmanc MT sisteminin təqdim olunması Azərbaycanda linqvistik texnologiyalar sahəsində aparılmış tədqiqatların dünya elmində bir az da tanınmasında müsbət rol oynamışdır

Azərbaycanda "Dilmanc" maşın tərcüməsi sisteminin yeni təkmilləşdirilmiş variantı istifadəyə verilib

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində "Dilmanc" maşın tərcüməsi sisteminin təkmilləşdirilmiş yeni variantı istifadəyə verilib.

Bu sistem mətnləri Azərbaycan-İngilis, İngilis-Azərbaycan, Türk-Azərbaycan istiqamətləri üzrə avtomatik tərcümə edir. Sistemin söz bazalarında 250 000-dən çox söz və söz birləşməsi vardır. Sistemin yeni təkmilləşdirilmiş versiyasında mürəkkəb cümlələrin tərcümə keyfiyyəti artırılmış, proqramın söz bazası zənginləşdirilmiş, proqramın iş sürəti artırılmış, proqramın interfeysini Azərbaycan, İngilis və Türk dillərinə dəyişmək imkanı əlavə edilmiş, proqramla işləməyi asanlaşdırmaq üçün digər yeni imkanlar əlavə edilmişdir.

"Dilmanc" Maşın Tərcümə Sisteminin yeni 2.5 versiyası artıq www.dilmanc.az saytında yerləşdirilib. Saytdan "Dilmanc" tərcümə sisteminin beta-versiyasını kompüterə ödənişsiz yükləmək mümkündür. Proqram təkmilləşdirilmə mərhələsində olduğundan vaxtaşırı istifadəçilərin təklifləri nəzərə alınmaqla yenilənir.

“Dilmanc”ın 2.5 versiyası istifadəyə verildi

“Dilmanc”ın təkmilləşdirilmiş 2.5 versiyası istifadəyə verildi. Yeni Dilmanc 2.5 versiyasına aşağıdakı əlavələr edilmişdir.
  • Mürəkkəb cümlələrin tərcümə keyfiyyəti artırılıb
  • Proqramın söz bazası zənginləşdirilib
  • Tərcümə sürəti və proqramın açılma sürəti artırılıb
  • Proqramın interfeysini Azərbaycan, İngilis və Türk dillərinə dəyişmək imkanı əlavə edilib
  • Proqramla işləməyi rahatlaşdırmaq üçün yeni imkanlar əlavə edilib
“Dilmanc”ın təkmilləşdirilmiş yeni 2.5 versiyasını saytın Dilmancı yüklə bölməsindən əldə edə bilərsiniz.

"Dilmanc" tərcümə sisteminin yeni - 2.5 versiyası gələn həftə istifadəyə veriləcək

Gələn həftə isitfadəçilər Dilmanc maşın tərcüməsi sisteminin yeni təkmilləşdirilmiş 2.5 versiyasını dilmancın rəsmi saytından yükləyə biləcəklər.
Yaradıcıların sözlərinə görə bu versiya daha keyfiyyətli, sürətli və rahat olacaq.

Yeni Windows Live Messenger Tərcümə Robotu

Windows Live Messenger tərcümə robotu bir layihə kimi 2007-ci ilin yayında artıq səs-səda olmadan təqdim olundu. Robot yarandıqdan sonra, Sentyabrın 2-də Microsoft Tədqiqat Maşın Tərcüməsi yeni Windows Live Messenger Tərcümə Robotunun mövcudluğunu elan etdi. Helvecio Riberio tərəfindən yaradılan MSR MT robot maşın tərcüməsi Windows Live Messenger üçün Microsoftun ani mesajlaşma müştərilərinə dil baryerlərini aşmağa imkan verən maşın tərcüməsi imkanlarını təqdim edir.
MSR MT komandasının nümayəndəsi bildirdi: "Bu Messencer robotu sizin üçün tərcümələr edir. Sadəcə mtbot@hotmail.com -u əlaqələrinizin siyahısına əlavə edin və söhbətə başlayın. Siz robotla təkbərtək danışa bilərsiniz və ya dostunuzu dəvət edib onunla müxtəlif dillərdə söhbət edə bilərsiniz və robot sizin üçün tərcümə edəcək. Adəti üzrə yadda saxlayın ki, maşın tərcüməsi mükəmməl deyildir - xüsusilə slenqdə çətinliklər olacaqdır. Siz həmçinin Windows Live Messenger –smartfonunuza yükləməklə xarici ölkələrə səfəriniz zamanı sadə cümlələrin tərcüməsində robotun xidmətindən faydalana bilərsiniz."
Təbii ki, Windows Live Messenger tərcümə robotu Windows Live brendi altında çıxış edən Tərcümə təşəbbüsü ilə sıx bağlıdır, o mənada ki, AM müştərisi və onlayn xidmət eyni maşın tərcüməsindən istifadə edir. Tərcümə robotunun hansı istiqamətlər üzrə tərcümə etdiyini bilmək istəyirsinizsə www.windowslivetranslator.com saytına daxil olun.

Bloqların avtomatik tərcüməsi (WordPress-ə Google tərcümə xidmətinin inteqrasiyası)

Veb səhifələrdə çoxdilli məlumatlar hər zaman ziyarətçilər tərəfindən qiymətləndirilir çünki bu ünsiyyətə maneələri aradan qaldırır. Məlumatın çox dildə verilməsini təmin etməklə saytın ziyarətçilərinin sayı artacaq.
İnternetdə əldə olunan tərcümə xidmətləri ticarət xarakteri daşımaqla bərabər ödənişsizdir və istənilən veb səhifəyə qoşula bilər. Ən çox istifadə olunan ödənişsiz tərcümə xidməti Google Translate – dir, çünki o iyirmiyə yaxın dil cütlükləri arasında mətni tərcümə etməyə imkan verir. O, təkmilləşdirilmiş tərcümə texnikasından – statistik maşın tərcüməsindən istifadə edir.
Əgər siz WordPress bloquna sahibsinizsə, onun məzmunu sizin saytın ziyarətçilərinə Google Translate xidmətinə əsaslanaraq bir çox dillərdə təqdim oluna bilər. Bloqun mətnin məzmununa avtomatik tərcümə keyfiyyətlərini əlavə etməyə icazə verən çoxlu seçimləri vardır.
Google Translate Tools səhifəsində siz WordPress bloqun (veb səhifənin) dilini seçməlisiniz və daha sonra yaradılmış kodu saydbardan mətn pəncərəsinə kopiyalayıb yerləşdirməlisiniz. Məsələn, WordPress 2.5.1. versiyasında Alətlər panelindən Dizayn, Vidjeti seçin, Mətni əlavə edin, redaktə edin və daha sonra yerləşdirin. Vidjet Google Translate texnikasına veb səhifə ziyarətçilərinin rahat və sürətli girə bilməsi üçün saydbarın yuxarısında yerləşdirilməlidir.

Google axtarış sisteminə sürətli tərcümə funksiyası əlavə edilmişdir

Googlə axtarış sisteminə sürətli tərcümə funksiyası əlavə edilmişdir.
Tərcümə etmək üçü google axtarış sistemində translate operatorundan sonra ingilis dilində olmayan hər hansı bir sözü daxil etmək kifayətdir: məsələn, translate поиск. Sorğunuza müvafiq nəticələrin üst sətirində tərcümə çıxarılacaqdır.
Hal-hazırda Alman, İtaliya, Fransız, İspan, Portuqaliya, Çin, Koreya, Hind və Rus dilləri üçün bu funksiya keçərlidir.
Yuxarıda göstərilmiş dillərdən Rus dilinə tərcümə etmək üçün перевести operatorundan istifadə etmək lazımdır. Nümunə: перевести search

Microsoft Internet Explorer 8 Beta 2 Maşın Tərcüməsi Akseleratoru

27 Avqust 2008-ci ildə Microsoft Internet Explorer 8 Beta 2 - ni təqdim etməklə Beta 1-in fəaliyyətini daha iddialı Akseleratorlar səviyyəsinə qaldırdı. Bu xüsusiyyət e-mail göndərmək, istiqaməti təsvir etmək, və ya sözləri tərcümə etmək kimi ümumi tapşırıqlar üçün naviqasiya prosesini sürətləndirmək məqsədilə yaradılmışdır. Mahiyyətcə, Microsoft müntəzəm olaraq istifadə olunan onlayn servislərə girməyi asanlaşdıraraq bir veb saytdan digərinə keçərkən məlumatın kopiyalanıb yerləşdirilməsi prosesini sadələşdirdi. Buna misal olaraq, Internet Explorer 8 Beta 2 maşın tərcüməsi Akseleratorunu göstərmək olar.
MSR-MT komandasının üzvü dedi: "Bu tərcümə xidməti istifadəçiləri üçün möhtəşəm xəbərdir, çünki IE8 tərcüməni birbaşa sizin brauzer təcrübənizlə birləşdirir. Artıq baxdığınız saytdan mətni kəsib işlədiyiniz səhifədə yerləşdirməyə ehtiyac yoxdur. İndi siz bu xidmətdən birbaşa - baxdığınız ixtiyari səhifədə olarkən istifadə edə bilərsiniz. Sadəcə müəyyən mətni seçin və mavi Akselerator ikonası üzərində basın. İnternet Explorer 8-də "Translate with Windows Live" Akseleratoru vasitəsilə siz seçilmiş mətnin birbaşa həmin səhifədə tərcüməsini ala bilərsiniz."

Dilmanc MT sistemi beynəlxalq konfranslarda

European Assosiation for Machine Translation – EAMT

Dilmanc maşın tərcümə sistemi Maşın Tərcüməsi üzrə Avropa Assosiasiyasının (European Assosiation for Machine Translation – EAMT) Almaniyanın Hamburq şəhərində keçirilən konfransında iştirak etmək üçün dəvət almışdır. Konfrans bu ilin sentyabr ayının 22-23-də Hamburq universitetində keçiriləcəkdir.
Maşın Tərcüməsi üzrə Avropa Assosiasiyası maşın tərcüməsi sistemləri və elektron tərcümə vasitələrinin getdikcə daha geniş istifadə edilməsini və populyarlıq qazanmasını nəzərə alaraq bu sahənin inkişaf etdirilməsində maraqlı olan insanları – istifadəçiləri, belə vasitələrin yaradıcılarını və tədqiqatçıları birləşdirən bir təşkilatdır. Bu təşkilat Maşın Tərcüməsi üzrə Beynəlxalq Assosiasiyaya (International Association for Machine Translation – IAMT) daxil olan üç təşkilatdan biridir. Digər iki təşkilat isə Amerika Maşın Tərcüməsi Assosiasiyası (Association for Machine Translation in the Americas – AMTA) və Asiya-Sakit okean Maşın Tərcüməsi Assosiasiyasıdır (Asian-Pacific Association for Machine Translation – AAMT).

Google Mexaniki Tərcümə Mərkəzi

Google digər dillərdən Veb səhifələri tərcümə etməklə olduqca yaxşı iş gördü, lakin maşın tərcüməsi həqiqi dəqiq tərcüməyə ehtiyacınız olduğu halda hələ də kifayət qədər yaxşı deyil. Google Tərcümə Mərkəzi adlanan yeni xidmətdən görünür ki, Google öz maşın tərcümə texnologiyalarını tərcüməçilər üçün əlverişli edir. Sizin tərcümə olunmalı sənədiniz varsa, siz onu yükləyə və tərcüməçidən xahiş edə bilərsiniz ki, saytda olan marketinq məlumatlarına əsasən onun üzərində işləsin. (Mən öz Google hesabımla qeydiyyatdan keçə bilmədim bu səbəbdən bu hələ tamamilə açılmaya bilər) Bu xidmət həm peşəkar həm də həvəskar tərcüməçilər üçün yararlı ola bilər və öz işlərini görmək üçün onlara Google avtomatik tərcümə vasitələrindən və lüğətlərindən istifadə etməyə imkan verəcək. Bu tərcümələri çox asanlaşdırar, çünki maşın tərcüməsi vasitələri sənədə ilk yanaşmanı edər, tərcüməçi isə ağ səhifədən tərcüməyə başlamaq əvəzinə yalnız səhvləri düzəldər.
Tərcümə Mərkəzi tərcüməçiləri mətnlərin tərcümə olunmasına ehtiyacı olan insanlarla birləşdirən bazar kimi qurulmuşdur. Mahiyyət etibarilə sistem Amaznonun Mexaniki Turk xidməti kimidir, burada insanlar kompüterlərin hələ bacarıqlı olmadığı işləri görürlər.
Sistem həmçinin, keçmiş tərcümələrlə işləyir və yenilərini “Qlobal Tərcümə Yaddaşına” uyğunlaşdırır. Beləliklə, bu layihə Google –un əsas tərcümə alqoritmini təkmilləşdirmək, müstəqil biznes etmək üçün yaxşı tərcümələr toplusu toplaması üçün bir üsuldur.
RSS-material

© dilmanc.az