Xəbərlər

Prezident İlham Əliyev "Dilmanc" telefon-tərcüməçi ilə tanış olmuşdur

Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Həmədun Ture Noyabrın 4-də Bakutel-2009 sərgisinin açılışında iştirak etmişlər. Sərginin pavilyonları ilə tanış olan dövlətimizin başçısına burada nümayiş olunan məhsullar və xidmətlər haqqında ətraflı məlumat verilib. Prezident və xanımı sərginin əsas eksponatlarından olan "Dilmanc" telefon-tərcüməçi ilə də tanış olublar. Sistemin nümayişindən sonra Rabitə və İnformasiya Texnologiyaları naziri akademik Əli Abbasov prezidentə sistem və görülmüş işlər haqqında daha ətraflı məlumat vermişdir. Dövlət başçısı sistemi çox bəyəndiyini bildirmiş, layihə qrupunu təbrik etmiş və gələcək müvəffəqiyyətlər arzulamışdır.

Telefon-tərcüməçi sistemi ilə yanaşı, Dilmanc yaradıcı qrupu sərgidə Azərbaycan dili üçün ilk dəfə yaradılmış daha 2 böyük sistem - nitqin tanınması və mətnin səsləndirilməsi sistemlərini nümayiş etdirmişdir.

Nitqin tanınması sistemi vasitəsilə klaviaturadan istifadə etmədən, kompüterə mətni mikrofona demək vasitəsilə daxil etmək mümkündür. Sistem avtomatik olaraq insan nitqini yazıya çevirir və klaviatura ilə yazmaqdan 3-4 dəfə daha sürətli mətn yazmağa imkan verir. Bu sistem həmçinin gələcəkdə kompüteri və digər qurğuları səslə idarə etməyə imkan yaradacaq. Belə ki, elektron poçta

DİQQƏT! Dilmanc layihəsi çərçivəsində Azərbaycan dilində mətnlərin səsləndirilməsi üçün ilk kompüter sistemi yaradılmışdır

Xəbər verildiyi kimi bu sistem Dilmanc layihəsi çərçivəsində yaradılmış maşın tərcüməsi, nitqin tanınması və telefon-tərcüməçi sistemləri ilə bərabər 5-9 Oktyabr 2009-cu il tarixlərində Cenevrədə keçirilən "ITU Telecom World 2009" beynəlxalq sərgisində nümayiş etdirilmişdir.
Yaxın vaxtlarda mətnin səsləndirilməsi sisteminin ilkin versiyası dilmanc.az saytında yerləşdiriləcək və hər bir istifadəçi bu sistemlə tanış ola biləcəkdir.
Xatırladaq ki, Dilmanc layihəsi akademik Ə.M.Abbasovun rəhbərliyi altında həyata keçirilir.

BMT-nin baş katibi Pan Gi-Mun "Dilmanc" telefon-tərcüməçi ilə tanış olmuşdur

5 Oktyabr 2009-cu il tarixdə BMT-nin baş katibi Pan Gi-Mun İsveçrənin Cenevrə şəhərində keçirilən "ITU Telecom World 2009" sərgisində Azərbaycan pavilyonunda nümayiş etdirilən "Dilmanc" layihəsi çərçivəsində hazırlanmış telefon-tərcüməçi və digər texnologiyalarla tanış olmuşdur. Pan Gi-Mun nümayiş etdirilən texnologiyaları çox bəyəndiyini bildirmiş, alınmış nəticələrə görə layihə rəhbəri Əbülfət Fətullayevi təbrik etmiş və gələcək tədqiqatlarda uğurlar arzulamışdır. Görüşdən sonra Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları naziri akademik Əli Abbasov layihə üzvlərini uğurlu təqdimat münasibətilə təbrik etmişdir.

Sərgidə Azərbaycan pavilyonu ilə tanış olan nümayəndə heyətinin tərkibində həmçinin İsveçrənin Ekologiya, Nəqliyyat, Enerji və Rabitə federal departamentinin rəhbəri Moritz Leuenberger, Cenevrə dövlət konsulu Devid Hiley, Ruanda prezidenti Pol Kaqame, ITU-nun baş katibi Həmədan Ture, digər ölkələrin nazirləri, səfirlər, böyük şirkətlərin prezidentləri və digər rəsmi şəxslər iştirak etmişdir

Dilmanc Telefon-Tərcüməçi ilk dəfə Telecom World 2009 Sərgisində nümayiş etdiriləcək



5-9 Oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində keçiriləcək "ITU Telecom World 2009" beynəlxalq sərgisində Azərbaycan stendində ilk telefon tərcüməçi nümayiş etdiriləcək. Dilmanc layihəsi çərçivəsində yaradılmış bu yeni texnologiya sayəsində telefon danışıqlarının avtomatik tərcüməsini həyata keçirmək mümkündür. Sistem Azərbaycan-İngilis və İngilis-Azərbaycan istiqamətləri üzrə avtomatik tərcüməni həyata keçirir. Belə ki, 1-ci telefonda Azərbaycan dilində danışılan zaman, 2-ci telefonda bu nitq ingilis dilində səslənir və əksinə. Nümayiş etdiriləcək sistem hələlik inkişaf mərhələsindədir və sistemin kütləvi istifadəyə yararlı versiyasının yaradılması üzərində işlər davam etdirilir

Sistemin yaradılması Azərbaycan dili üçün ilk dəfə hazırlanmış 3 böyük alt sistemin hesabına mümkün olmuşdur: Azərbaycan nitqinin tanınması sistemi (şifahi nitqin kompüter vasitəsilə yazılı mətnə çevirilməsi), Maşın tərcüməsi sistemi (Azərbaycan və İngilis dilləri arasında mətnlərin avtomatik tərcüməsi) və mətnin səsləndiliməsi sistemi (yazılı mətnin kompüterdə şifahi səsləndirilməsi).

"Dilmanc" layihəsi çərçivəsində Azərbaycan dili üçün ilk nitqin tanınması sistemi yaradılır

Nitqin tanınması sistemi dedikdə mikrofona deyilmiş nitqi kompüterdə yazıya çevirən proqram nəzərdə tutulur.
Nitqin tanınması sistemləri həmçinin gələcəkdə kompüterlərin, avtomobillərin, robotların və digər qurğuların (məsələn, məişətdə istifadə edilən qurğuların) Azərbaycan dilində daha təbii və asan yolla - nitq vasitəsilə idarə olunmasını təmin edəcək.
Ümumiyyətlə bu texnologiya bir çox sahələrdə insanların köməyinə gəlir - tibb, hərbi sənaye, robototexnika, aviasiya, telekommunikasiya, mobil telefonlar, nəqliyyatda naviqasiya sistemləri, avtomobil sənayesi, "ağıllı" evlər, əcnəbi dilin öyrənilməsi proqramları, müasir kompüter oyunları və sair.
Dilmanc nitqin tanınması sistemi Azərbaycan dili üçün ilk nitqin tanınması sistemidir. Maşın tərcüməsi sisteminin tərkib hissəsi olmaqla yanaşı, həmçinin digər proqramlara da mətni mikrofon vasitəsilə daxil etməyə imkan verəcək.
Azərbaycan dilinin morfoloji cəhətdən zəngin olması - bir söz kökünə şəkilçilər artırmaqla çoxlu sayda sözlər düzəltməyin mümkünlüyü - nitqin tanınması sistemlərinin yaradılmasında bir sıra çətinliklər yaradır. Elmi araşdırma tələb edən sahələr hələ çox olmasına baxmayaraq, problemlərin bir çoxu artıq həll edilib və bu il nitqin tanınması sisteminin ilkin versiyasının təqdimatı gözlənilir.

Dilmanc IEEE-də

Dilmanc layihəsi çərçivəsində aparılan elmi tədqiqat işləri artıq bütün dünyada nüfüz qazanmaqdadır. Əməkdaşlarımızın layihə çərçivəsində aparılan elmi tədqiqat işlərindən biri “Set of active suffix chains and its role in development of the MT system for Azerbaijani” adlı elmi tədqiqat işi ABŞ-ın nüfuzlu IEEE təşkilatının elektron kitabxanasına daxil edilmişdir (www.ieeexplore.ieee.org). Layihənin əməkdaşı R.Fətullayev bu mövzuda məruzə ilə 2008-ci ilin oktyabr ayında Polşanın Visla şəhərində keçirilmiş beynəlxalq konfransda (IMCSIT-2008) çıxış etmişdir.

IEEE (Institute of Electrical and Electronic Engineers) Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutudur (Ay-tripl-i kimi tələffüz edilir). 1963-cü ildə yaradılmışdır və standartlaşdırma üzrə dünyada ən böyük təşkilatdır. Kompüter elmləri, elektrotexnika və elektronika sahəsində dünyada çap olunan bütün elmi tədqiqatların 30%-ə yaxını IEEE-nin payına düşür. İnstitutun elmi nəşrləri ən çox istinad olunan nəşrlər siyahısına daxildir (SCI - Science Citation Index).

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarınız mübarək

Dilmanc MT sisteminin kollektivi bütün soydaşlarımızı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edir, yeni ildə xalqımıza xoş güzəran, ruzi-bərəkət, firavanlıq, əmin-amanlıq və Qələbə arzulayır.

Qoy qarşıdan gələn yeni il dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla soydaşımızın arzularının, istəklərinin gerçəkləşdiyi il olsun.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə abunəçilərimizi, tərəfdaşlarımızı və bütün həmkarlarımızı da ürəkdən təbrik edirik. Bayramlarınız mübarək!

Dilmanc MT sisteminin köçürülmələrinin sayı artıq 200 000-i keçmişdir!

Dilmanc MT sistemi Azərbaycanda istifadəçi sayına görə analoqu olmayan proqram təminatıdır. İlk versiyası istifadəyə verildiyi gündən bu günə qədər Dilmanc MT sistemi saytımızdan 200 000 dəfədən çox köçürülmüşdür. Son iki ayda Dilmanc MT sisteminin 2.5 versiyasının 50000-dən yuxarı kompüter istifadəçisi tərəfindən köçürülməsi qeydə alınmışdır. Bu hadisə bir daha Dilmanc MT sisteminin istifadəçilər tərəfindən böyük maraqla qarşılandığını göstərir. Dilmanc layihəsi çərçivəsində eyni zamanda Azərbaycan dili üçün digər tətbiqi linqvistik texnologiyaların - yaradılması istiqamətində də tədqiqatlar aparılır. Hal hazırda Azərbaycan dilində nitqin tanınması, mətnin səsləndirilməsi sistemlərinin yaradılması üzərində işlər davam etdirilir. Bu tədqiqatlar gələcəkdə formal sinxron tərcümə, səslə idarəedilən interaktiv axtarış sistemləri və s. bu kimi intellektual sistemlərin yaradılmasına təkan verəcəkdir.
Maşın tərcüməsi sistemlərinə xas olan nöqsanlarına baxmayaraq, layihənin elektron poçtuna daxil olan məktublar göstərir ki, Dilmanc tərcümə sistemi təkcə Azərbaycanda deyil eyni zamanda Türk dilli ölkələrdə, Avropa və Amerikada da tanınır və istifadə edilir.
Dilmanc MT sistemi və layihə çərçivəsində aparılmış tədqiqatların nəticələri dünyanın bir çox tanınmış konfranslarında nümayiş etdirilmiş və iştirak etmək üçün dəvət almaqdadır.
Hər yeni versiyada əvvəlki versiya ilə müqayisədə yeni imkanlar əlavə edilir və mövcud olanlar təkmilləşdirilir.
Amacımız Azərbaycan dili üçün daha keyfiyyətli linqvistik texnologiyalar yaratmaqdır.

Dilmanc yaradıcı qrupu EAMT-nin MT sistemləri sahəsində Avropada fəaliyyət göstərən qrupları siyahısına daxil edilmişdir.

Avropada Maşın Tərcüməsi sahəsində elmi tədqiqatları özündə birləşdirən və bu sahədə aparıcı təşkilat olan Avropa Maşın Tərcüməsi Assosasiyası (European Assosiation for Machine Translation - EAMT - http://www.eamt.org )Dilmanc Maşın Tərcüməsi Sisteminin yaradıcı qrupunu da Assosasiyanın Avropada MT sistemlərinin yaradılması sahəsində fəaliyyət göstərən qrupları siyahısına daxil etmişdir.Dilmanc tərcümə sisteminin internet saytı da təşkilatın internet saytındakı siyahıya əlavə edilmişdir http://www.eamt.org/researchgroups.php Bu hadisəDilmanc yaradıcı qrupunun üzvu Rauf Fətullayevin 22-23 Sentyabr 2008-ci il tarixlərində Almaniyanın Hamburq şəhərində Avropa Maşın Tərcüməsi Assosasiyasının keçirdiyi EAMT 2008 konfransında iştirak etməsindən sonra baş vermişdir. R.Fətullayev konfrans zamanı "Azərbaycan dili üçün MT Sisteminin lüğətinin yaradılmasının xüsusiyyətləri" ("Peculiarities of the development of the dictionary for the MT System from Azerbaijani") adlı məqalə ilə çıxış edərək, Dilamanc MT Sistemini Avropalı tədqiqatçılara və Avropada MT Sistemləri hazırlayan şirkətlərin nümayəndələrinə nümayiş etdirmişdir. Türk dilləri kompüter linqvistikası
RSS-material

© dilmanc.az