Yüklə

Elektron lüğətlər


Azərbaycan dilinin əks əlifba lüğəti

Bu lüğət Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni, son variantı əsasında tərtib olunmuşdur. Adi lüğətlərdən fərqli olaraq əks lüğətlərdə sözlər başlanğıcdan sona doğru deyil, sondan başlanğıca doğru əlifba sırasına düzülür

» Daha ətraflı

Orfoqrafiya yoxlayıcıları


AzeriSpellChecker

Azərbaycan dilində yığılmış mətnlərdə sözlərin yazılışının orfoqrafik düzgünlüyünün yoxlanması üçün istifadə olunur. Microsoft Word 2000/XP/2003-ü dəstəkləyir. Office 2007 üçün orfoqrafiya yoxlayıcısını yükləmək üçün Office 2007 Azərbaycan Dil İnterfeys Paketini yükləyin.

Yüklə
Ölçüsü: 6,14 MB
www.unicode.az

Orfoqrafiya lüğəti

Diqqət: Bu lüğət keçmiş orfoqrafiya qaydalarına əsaslanır.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin bu versiyası Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli 71 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş orfoqrafiya qaydaları əsasında tərtib edilmişdir.

» Daha ətraflı

Dil paketləri


Office Dil İnterfeys Paketi 2007 – Azərbaycan (Latın)

Microsoft Office Language Interface Pack 2007 paketi – Azərbaycan (Latın) bir çox Microsoft Office 2007 proqramlarını Azərbaycan (Latın) istifadəçi interfeysi ilə təmin edir. Bundan əlavə Azərbaycan dilində yığılmış mətnlərdə sözlərin yazılışının orfoqrafik düzgünlüyünün yoxlanması üçün istifadə olunur.

Yüklə
Ölçüsü: 23,2 MB
www.microsoft.com

Windows Vista Dil İnterfeys Paketi

Windows Vista Dil İnterfeys Paketi (DİP) Windows Vista-nın ən geniş işlənilən sahələrinin hissə-hissə lokallaşdırılmış İstifadəçi İnterfeysini təmin edir.

Yüklə
Ölçüsü: 2,6 MB
www.microsoft.com

Windows XP Dil İnterfeys Paketi

Windows XP Professional və ya Windows XP Home Edition üçün Azərbaycan İnterfeys Paketi Windows XP İstifadəçi İnterfeysinin əksəriyyətinin Azərbaycan dilində istifadəsini təmin edir.

Yüklə
Ölçüsü: 5,4 MB
www.microsoft.com

Çeviricilər


AzConvert 2.4

M.Muradi tərəfindən hazırlanmışdır. Bu proqramın köməyi ilə Azərbaycan dilindəki yazıları, latın qrafikasından ərəb qrafikasına və həmçinin əksinə çevirmək mümkündür.

Yüklə
azconvert.sourceforge.net

Converter 2.2 Çeviricisi

T.Bədəlov tərəfindən hazırlanmışdır. Bu konvertor köhnə Azərbaycan şriftləri ilə yazılmış Word fayllarının formatını korlamadan Unicode şriftlərinə və əksinə çevirməyə imkan verir. Şrift bazasına yeni şriftlər əlavə etmək mümkündür.

Yüklə
Ölçüsü: 15,8 MB

Microsoft Word çeviricisi

Bu proqram köhnə şriftlərlə yazılmış Word fayllarını yeni Unicode şriftlərinə çevirir.

Yüklə
Ölçüsü: 3,03 MB

Kitablar


Klassik Azərbaycan ədəbiyyatında işlənən Ərəb və Fars sözləri lüğəti, iki cilddə

Lüğət klassik Azərbaycan ədəbiyyatı nümunələrinin orijinal yazıda oxunuşunu, nəşr edilmiş klassik mətnlərdə tez-tez rast gəlinən ərəb və fars mənşəli alınma söz və ifadələrin başa düşülməsini asanlaşdırmaq və ümumiyyətlə, Azərbaycan dilində işlənən ərəb və fars alınmalarının ümumi mənzərəsini sistemli şəkildə əks etdirmək məqsədi daşıyır. Lüğətin əsas məqsədi Azərbaycan ədəbiyyatı klassiklərinin əsərləri ilə yaxından tanış olmaq, onu daha dərindən öyrənmək istəyən oxuculara, xüsusən yeni nəslə kömək etməkdən ibarətdir.

» Daha ətraflı

Dilçilik ensiklopediyası

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasında hazırlanan «Dilçilik ensiklopediyası» indiyə qədər analoqu olmayan bir layihədir. Burada hər bir linqvisitik termin rus dilində əlifba sırası ilə düzülmüş, onun alman, ingilis, fransız dillərində qarşılığı, ingilis dilində sözün tələffüzü ilə yazılı forması arasındakı böyük fərqi nəzərə alaraq terminlərin bu dildə transkripsiyası verilmiş, sonra terminlərin Azərbaycan dilində açıqlanması özünə yer almışdır.
» Daha ətraflı


© dilmanc.az