Mətbuatda Dilmanc haqqında

Dilmancın mobil versiyası təkmilləşdirilib

Hazırda sözügedən layihənin əməkdaşları milli sistemin yaradılması istiqamətində iş aparırlar

Azərbaycanda İKT-nin sürətlə inkişaf etməsi yeni texnologiyalar üzərində milli sistemin formalaşdırılması məsələsini zəruri edib. Hazırda bununla bağlı həyata keçirilən ən əhəmiyyətli layihələrdən biri «Dilmanc» layihəsi hesab olunur. Xatırladaq ki, Azərbaycan dilində linqvistik texnologiyaların tətbiqinə 2003-cü ildən başlanıb. O zaman ilk dəfə olaraq Azərbaycan dilindən ingilis dilinə ilk maşın tərcüməsi hazırlanıb.

Компьютер для слепых создали в Азербайджане

Xəbərə olan səhifəyə link:
http://mir24.tv/news/society/7886830

Баку, 5 сентября. В Азербайджане создали компьютер для слепых. Аппарат отличается компактными размерами, у него нет монитора и клавиатуры, зато есть микрофон. Он помогает незрячим читать новости, проверять электронную почту и даже принимать телефонные звонки. Все преимущества электронного помощника оценил корреспондент телеканала «МИР 24» Рустам Мамедов.

Этот мини-компьютер разработан специально для людей с плохим зрением. Он управляется голосом: достаточно дать команду, и нужная информация будет найдена.

Görmə çətinliyi olanlara Azərbaycan brendi mini kompüterlər paylanır (BBC Azərbaycan)

Xəbərə olan səhifəyə link:
http://www.bbc.co.uk/azeri/international/2013/07/130725_dilmanc_mini_com...

Azərbaycanda görmə zəifliyi olan şəxslərə yüzə qədər milli dillə idarə edilən yerli mini kompüterlər verilib

Azərbaycanca səsli əmrlərlə idarə edilən qurğu əsasən, onlayn rejimdə xəbərləri oxutmaq, elektron məktubları yoxlamaq və cavab göndərmək və radio dinləmək üçündür.
“Kompüterin hissələri Çindən gətirilir, Mingəçevirdə Kür zavodunda yığılır, proqram təminatını Dilmanc hazırlayıb”, "Dilmanc D01" adlandırılan kompüterin məxsus olduğu layihənin proqramçılar qrupunun rəhbəri Rauf Fətullayev BBC Azərbaycancaya deyir.
Onun sözlərinə görə, bu proqram təminatı hazır olduğu 2011-ci ildə "dünyada ilk olub".
Həmin dövrdən indiyə kimi sınaqlar üçün iki yüz ədədi paylanılan bu qurğunun gələcəyi isə “ağıllı” telefonlar - smartfonlar olacaq.

Yeni "ağıllı" telefonlar

“Yəqin ki, bu ilin noyabrında Android platformasında olan “ağıllı” telefonlara Dilmanc proqramı tətbiq ediləcək və əlillərə bu yeni telefonlar paylanılacaq”, Fətullayev vurğulayır.
Onun sözlərinə görə, bu səbəb görmə zəifliyi olanların layihə rəhbərlərinə iki cihaz “gəzdirmək istəməmələri" barədə fikirlər söyləməsidir.
Hazırda isə mini kompüterlər əsasən ali və orta-ixtisas məktəblərində və xüsusi internat-məktəblərin yuxarı siniflərində təhsil alan tələbə və şagirdlərə paylanılır.

“Dilmanc” mətnin səsləndirilməsi sistemi istifadəyə verilib

http://lent.az/xeber_85522_%E2%80%9CDilmanc%E2%80%9D_m%C9%99tnin_s%C9%99...

“Dilmanc” layihəsi çərçivəsində yaradılmış mətnin səsləndirilməsi sistemi (Text to Speech) dilmanc.az səhifəsində onlayn istifadəyə verilib. Lent.az-ın ictnews.az-a istinadən verdiyi məlumata görə, səhifədə Azərbaycan dilində mətn daxil edərək onun səslənməsinə qulaq asmaq mümkündür.

Bundan əlavə, səslənmə faylını mp3 formatında endirmək imkanı da əlavə edilib. Bu, həmin mətnə sonradan telefonda və ya pleyerdə qulaq asmaq imkanı yaradır.

“Dilmanc” mətnin səsləndirilməsi sistemi Azərbaycan dili üçün ilk belə proqramdır. Səsləndirmə alqoritmi yenilənib və əvvəlki versiyadakından fərqli elmi yanaşmaya əsaslanır.

Layihənin rəhbəri Əbülfət Fətullayevin sözlərinə görə, sistem gələcəkdə telefon danışığını avtomatik tərcümə edən telefon-tərcüməçi sisteminin tərkib hissəsi kimi istifadə ediləcəkdir. Mətnin səsləndirilməsi sisteminin, həmçinin mobil qurğulara adaptasiyası nəzərdə tutulur.

Azərbaycan dünyada ilk dəfə gözdən əlillər üçün mini kompyuter hazırlayıb

Milli

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Heydər Əliyev Fondunun dəstəyi və sifarişi əsasında Azərbaycanın “NeyroTex” şirkəti tərəfindən kor və görmə qabiliyyəti zəif olan insanlar üçün dünyada ilk dəfə olaraq səslə idarə edilən mini kompyuterin sınaq nümunələri hazırlanıb. Milli.Az xəbər portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günü ərəfəsində ictimaiyyətə təqdim olunan yeni mini kompüteri yaratmaqda məqsəd kor və görmə qabiliyyəti zəif olan insanlara informasiya və kommunikasiya texnologiyalarından bərabər hüquqlu istifadəni təmin etməkdir.

Yeni qurğu digərlərindən monitorun və klaviaturanın olmaması və bütün əmrlərin mikrofon vasitəsi ilə idarə olunması ilə fərqlənir. Mini kompyuter səsli əmrlər vasitəsilə, online rejimdə son yeniliklərlə tanış olmaq, elektron poçtdan istifadə etmək, elektron mətnləri səsləndirmək, bundan əlavə, telefon zənglərini qəbul etmək və onları cavablandırmaq kimi imkanlarla da təchiz olunub.

Qeyd edək ki, kompyuterdə proqram təminatı və bütün əmrlər Azərbaycan dilindədir. Gələcəkdə nitqin kompyuter vasitəsi ilə rus və ingilis dilinə tərcüməsi nəzərdə tutulub.
RSS-material

© dilmanc.az