Dilmanc D01 mini kompüter

2012-ci ildə Heydər Əliyev fondu və Rabitə və İnformasiya Texnolgiyaları Nazirliyinin dəstəyilə Dilmanc layihəsi çərçivəsində dünyada ilk dəfə görmə qüsuru olan insanlar üçün səslə idarə olunan mini kompüter yaradılmışdır. Monitoru və klaviaturası olmayan bu kiçik kompüter səsli əmrləri başa düşür və istifadəçiyə səslə cavab verir. Bu kompüterdə səsli əmrlər vasitəsilə internetdə xəbər saytlarına qulaq asmaq, radio dinləmək, elektron məktub yazmaq və digər işlər görmək mümkündür. Bu kompüterdən 100 ədəd eksperimental variantda hazırlanaraq görmə qüsuru olan istifadəçilərə təqdim edilmişdir. Kompüterin istifadə olunması haqqında videoya aşağıdakı linkdə baxmaq olar:

http://goo.gl/JBBLM

Mini kompüter ilk dəfə cənab prezident və xanım Mehriban Əliyeva təqdim edilmiş və yüksək qiymətləndirilmişdir. Kompüter daha sonra İsveçrədə keçirilən ITU Telecom World, Rusiyada keçirilən SvyazEkspokom və digər sərgilərdə nümayiş etdirilmiş və böyük maraqla qarşılanmışdır.

Əsas imkanları


* Səsli əmrlər vasitəsilə idarə etmək və səsli cavab almaq
* Mətnin istifadəçiyə səslə oxunması
* Elektron poçt, internet, musiqi, radio, elektron kitabxana və s.-dən səsli əmrlərlə istifadə etmək
* Ölçüsü kiçik olduğundan özünüzlə götürmək imkanı
* Blutuz mikrofonla istifadə olunduğu üçün çantaya və ya özünüzdən uzağa qoyaraq işlətmək imkanı
* Wi-Fi və 3G vasitəsilə internetə qoşulmaq imkanı
* Monitor və klaviatura qoşaraq adi kompüter kimi istifadə etmək mümkündür

Parametrləri

Prosessor: Intel Atom Z515 1.2 Ghz
RAM: DDR2-800 MHhz 1 Gb
Sərt disk: 16 Gb SSD
WiFi, 3G
Bluetooth
USB2, Mini USB, Micro SD reader
Ölçüləri: 178 x 85 x 26.5 mm


»   Şərhləri göstər


© dilmanc.az