Dilmanc layihəsi elmi tədqiqatçıları və proqramçıları işə dəvət edir

Dilmanc layihəsi intellektual axtarış alqoritmləri, şifahi sorğuların avtomatik cavablandırılması, qurğuların səslə idarə edilməsi, nitqin nitqə avtomatik tərcüməsi və digər sistemlərin yaradılması və inkişaf etdirilməsi üçün riyaziyyat sahəsində elmi tədqiqatçıları və proqramçıları işə dəvət edir.

Layihənin məhsullarından olan Dilmanc Translator -- pulsuz mobil tərcüməçi proqramı 1 ildən az müddətə 100 min dəfədən artıq köçürülərək Azərbaycanda ən populyar mobil proqram təminatına çevrilmişdir. Nitqi yazıya çevirərək klaviaturada mətn yığmağa sərf edilən vaxta dəfələrlə qənaət edən Dilmanc İmla proqramı da istifadəçilər arasında çox populyardır.

Adı çəkilən texnologiyların yaradılması üçün Dərin Neyron Şəbəkələr (Deep Neural Networks), Gizli Markov Modelləri (Hidden Markov Models) və digər maşın öyrənməsi nəzəriyyələri istifadə olunur. Təbii dilin emalı alqoritmlərinin yaradılması zamanı məsələlərin bəzilərinə yeni elmi yanaşmalar təklif edilmiş, bəziləri isə xarici dillər üçün yanaşmaların Azərbaycan dilinə uyğunlaşdırılması nəticəsində həll edilmişdir.

Layihənin elmi tədqiqat qrupu proqramçılarla sıx əlaqədə işləyir. Elmi yeniliklərin praktik məhsula çevrilməsi üçün paylanmış hesablama sistemləri (Hadoop və MapReduce), çoxnüvəli qrafik prosessorlar və digər müasir proqramlaşdırma üsullarından istifadə olunur.

Cavab vermək

  • Sayt adları və elektron e-mail yazılarıavtomatik linkə çevrilir.
  • Yalnız göstərilən teqlərdən istifadə etmək mümkündür: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və bəndlər avtomatik düzənlənir.

Təhlükəsizlik kodu
Aşağıdakı təsvirdə gördüyünüz yazını aşağıdakı xanaya daxil edin

© dilmanc.az