Şifahi nitqi yazıya çevirən Dilmanc İmla proqramı təkmilləşdirildi


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dilmanc layihəsi çərçivəsində hazırlanan Dilmanc İmla proqramının yeni versiyası çıxmışdır. Tamamilə ödənişsiz yayılan Dilmanc İmla proqramı şifahi nitqi avtomatik olaraq yazıya çevirməklə klaviaturada yığmaqdan bir neçə dəfə sürətli yazı yazmağa, sənədləri hazırlamağa imkan verir.

Proqramın yeni versiyası şifahi danışığı yazıya çevirərkən durğu işarələrini avtomatik qoyur və cümlədəki xüsusi adları böyük hərflə yazır. Layihədən verilən məlumata görə, bütün nitqin tanınması sistemləri şifahi danışığı yazıya çevirərkən durğu işarələrinin harada olması, nitqə qulaq asaraq hansı sözün böyük hərflə yazılmalı olduğundan məlumatsız olurlar. Problemi həll etmək üçün internetdə bütün azərbaycan dilli saytlardakı mətnlər köçürülərək maşın öyrənməsi alqorimtləri ilə analiz edilmiş, durğu işarələrin yerini və xüsusi isimləri avtomatik müəyyən edən statistik modellər yaradılmışdır.

Dilmanc İmla proqramını ödənişsiz olaraq Android və iOS telefonlarına yükləmək mümkündür. Daha sonra layihənin saytından (dilmanc.az/dilmanc-imla) kompüterə əlaqələndirici proqram yükləmək lazımdır. Bu proqramda göstərilən kodu telefona daxil etdikdən sonra, telefona deyilən şifahi nitq avtomatik olaraq mətnə çevrilib kompüterdə yazılır və klaviaturada yazmağa ehtiyac qalmır.

Cavab vermək

  • Sayt adları və elektron e-mail yazılarıavtomatik linkə çevrilir.
  • Yalnız göstərilən teqlərdən istifadə etmək mümkündür: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və bəndlər avtomatik düzənlənir.

Təhlükəsizlik kodu
Aşağıdakı təsvirdə gördüyünüz yazını aşağıdakı xanaya daxil edin

© dilmanc.az