Dilmanc tərcümə plugini istifadəyə verildi

Dilmanc Azərbaycan, türk, ingilis və rus dilləri arasında tərcümə etməyə imkan verən Plugin (əsas proqrama qoşularaq istifadəçiyə əlavə imkan yaradan proqram modulu) istifadəyə vermişdir. Bu plugin-i düymə şəklində İnternet brauzerinizə (Google Chrome, Mozilla Firefox) əlavə edərək Dilmancın təqdim etdiyi tərcümə imkanlarından yararlana bilərsiniz. “Dilmanc plugin”in üstünlüyü ondadır ki, tərcümə etmək istədiyiniz mətni kopyalayaraq Dilmancın səhifəsinə girməyə, kopyalanmış mətni lazımı pəncərəyə qoymağa ehtiyac qalmır. Siz istənilən səhifədə hər hansı mətni seçərək (qaralayaraq) “Dilmanc plugin” düyməsini basa bilərsiniz. “Dilmanc plugin” sizin əvəzinizdən bütün prosesi icra edəcək.

Dilmanc plugini Google Chrome brauzerinə yükləmək üçün:

https://chrome.google.com/webstore/search/dilmanc

Dilmanc plugini Mozilla Firefox brauzerinə yükləmək üçün:

https://addons.mozilla.org/en-US/firefox/addon/dilmanc-translate-plugin/?src=search

Cavab vermək

  • Sayt adları və elektron e-mail yazılarıavtomatik linkə çevrilir.
  • Yalnız göstərilən teqlərdən istifadə etmək mümkündür: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və bəndlər avtomatik düzənlənir.

Təhlükəsizlik kodu
Aşağıdakı təsvirdə gördüyünüz yazını aşağıdakı xanaya daxil edin

© dilmanc.az