Bakutel 2013 sərgisində Dilmanc layihəsi yeni mobil telefon tərcüməsini nümayiş etdirir

Dilmanc mobil tərcüməçi vasitəsilə şifahi nitqi, mətni və ayrı-ayrı sözləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilərsiniz. Proqrama tərcümə nəticəsində alınmış mətnin səsləndirilməsi imkanı da əlavə edilmişdir. Tək söz daxil etdikdə, həmin sözün lüğətdəki tərcüməsi, nitq hissəsi, sinonimləri və s. də göstərilir. Dilmanc Conversation - Söhbət rejimində əcnəbi ilə canlı söhbət üçün tərcümə aləti işə düşür. Bu zaman müvafiq düymələri basmaqla Azərbaycan dilində danışdıqda xarici dildəki tərcümə, xarici dildə danışdıqda isə Azərbaycan dilindəki tərcümə səslənir. Dilmanc mobil tərcüməçi Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyilə Dilmanc layihəsi çərçivəsində azərbaycanlı mütəxəssislər tərəfindən yaradılmışdır.

Girişdə yerləşən innovativ məhsullar və həllər stendinə yaxınlaşaraq dilmanc mobil tərcüməçi proqramını telefonunuza yükləyə bilərsiniz.

Cavab vermək

  • Sayt adları və elektron e-mail yazılarıavtomatik linkə çevrilir.
  • Yalnız göstərilən teqlərdən istifadə etmək mümkündür: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və bəndlər avtomatik düzənlənir.

Təhlükəsizlik kodu
Aşağıdakı təsvirdə gördüyünüz yazını aşağıdakı xanaya daxil edin

© dilmanc.az