Azərbaycan dünyada ilk dəfə gözdən əlillər üçün mini kompyuter hazırlayıb

Milli

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Heydər Əliyev Fondunun dəstəyi və sifarişi əsasında Azərbaycanın “NeyroTex” şirkəti tərəfindən kor və görmə qabiliyyəti zəif olan insanlar üçün dünyada ilk dəfə olaraq səslə idarə edilən mini kompyuterin sınaq nümunələri hazırlanıb. Milli.Az xəbər portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günü ərəfəsində ictimaiyyətə təqdim olunan yeni mini kompüteri yaratmaqda məqsəd kor və görmə qabiliyyəti zəif olan insanlara informasiya və kommunikasiya texnologiyalarından bərabər hüquqlu istifadəni təmin etməkdir.

Yeni qurğu digərlərindən monitorun və klaviaturanın olmaması və bütün əmrlərin mikrofon vasitəsi ilə idarə olunması ilə fərqlənir. Mini kompyuter səsli əmrlər vasitəsilə, online rejimdə son yeniliklərlə tanış olmaq, elektron poçtdan istifadə etmək, elektron mətnləri səsləndirmək, bundan əlavə, telefon zənglərini qəbul etmək və onları cavablandırmaq kimi imkanlarla da təchiz olunub.

Qeyd edək ki, kompyuterdə proqram təminatı və bütün əmrlər Azərbaycan dilindədir. Gələcəkdə nitqin kompyuter vasitəsi ilə rus və ingilis dilinə tərcüməsi nəzərdə tutulub.

Cavab vermək

  • Sayt adları və elektron e-mail yazılarıavtomatik linkə çevrilir.
  • Yalnız göstərilən teqlərdən istifadə etmək mümkündür: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və bəndlər avtomatik düzənlənir.

Təhlükəsizlik kodu
Aşağıdakı təsvirdə gördüyünüz yazını aşağıdakı xanaya daxil edin

© dilmanc.az