Dilmanc layihəsi CeBIT 2010 Sərgisində nümayiş etdirilmişdir

2-6 mart tarixlərində Almaniyanın Hannover şəhərində dünyanın ən iri informasiya texnologiyaları "CeBIT" beynəlxalq sərgisi keçirilmişdir. Sözügedən sərgidə milli stenddə Dilmanc layihəsi çərçivəsində yaradılmış yeni texnologiya sayəsində telefon danışıqlarının avtomatik tərcüməsini həyata keçirən telefon tərcüməçi nümayiş etdirilmişdir.

CeBIT 2010 sərgisinin əsas mövzusu Connected Worlds - "Birləşdirilən dünyalar" şüarı ilə ifadə olunub. Sözügedən mövzu beynəlxalq bazarların "həyat", "biznes" və "gələcək" kimi amillərdə nə dərəcədə qarşılıqlı əlaqədə olduğunu ifadə edir. Təşkilatçılar müvafiq texnologiyaların inteqrasiyasına və qlobal informasiya sistemlərinin nümunələri göstərmişlər.

Qeyd edək ki, sərgidə 68 ölkədən dünya bazarında aparıcı mövqe tutan 4157 şirkət iştirak etmişdir. İştirakçılar arasında Microsoft, IBM, SAP, Intel, Kaspersky, ESET, Ahead və s. kimi dünyada İT sahəsində aparcı mövqe tutan şirkətlər də olmuşdur. Tədbirdə bir çox ölkələrdən yüksək səlahiyyətli şəxslər - nazirlər, səfirlər və s., həmçinin bir çox ölkələrdən jurnalistlər də iştirak etmişlər.

CeBIT yüksək texnologiyalar sərgisində informasiya texnologiyaları, məlumatın toplanmasının avtomatlaşdırılması və emal edilməsi, proqram təminatı, internet, istehsal və layihələşdirmə məqsədilə işlənib hazırlanmış müasir həll vasitələri, telekommunikasiya sistemi, bank texnologiyaları və təhlükəsizlik sistemi, ofislərin avtomatlaşdırılması, elmi tədqiqatlar və ötürülmə texnologiyaları, konsaltinq kimi istiqamətlərdə təklif edilən qabaqcıl və yüksək texnologiyalar və texniki avadanlıqlar nümayiş etdirilir.


Cavab vermək

  • Sayt adları və elektron e-mail yazılarıavtomatik linkə çevrilir.
  • Yalnız göstərilən teqlərdən istifadə etmək mümkündür: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və bəndlər avtomatik düzənlənir.

Təhlükəsizlik kodu
Aşağıdakı təsvirdə gördüyünüz yazını aşağıdakı xanaya daxil edin

© dilmanc.az