Dilmanc tərcümə sistemi Stokholmda SLTC 2008 konfransında təqdim olunmuşdur

Dilmanc tərcümə sisteminin əməkdaşı Rauf Fətullayev 20-22 Noyabr Stokholm şəhərində keçirilmiş SLTC 2008 (Swedish Language Technology Conference) konfransında iştirak etmişdir. "Dilmanc is the 1st MT system for Azerbaijani" ("Dilmanc Azərbaycan dili üçün ilk MT sistemidir") başlıqlı məqalə ilə çıxış edərək, əvvəlcə Dilmanc tərcümə sistemini konfrans iştirakçılarına nümayiş etdirmiş, sonra isə türk dilləri üçün dünyada ilk dəfə aparılmış tədqiqatlar, hazırlanmış tərcümə alqoritmləri, yeni naliyyətlər və s. haqqında məlumat vermişdir. Xüsusilə Dilmanc tərcümə sisteminin hazırlanması zamanı ilk dəfə türk dilləri üçün aparılmış tədqiqatlar və onların necə realizasiya olunması konfrans iştirakçılarında böyük maraq oyandırmışdır. Avropalı tədqiqatçılar bu mövzuda suallar vermiş, öz fikirlərini bölüşmüşdürlər.

Bundan başqa nitqin tanınması sahəsində də digər tədqiqatçılarla müzakirələr olmuş, Azərbaycan dili üçün nitqin tanınması sisteminin yaradılmasının xüsusiyyətləri qeyd edilmiş və Dilmanc layihəsi çərçivəsində hazırlanan Azərbaycan dili üçün nitqin tanınması sistemi haqqında onlara məlumat verilmişdir.

Qeyd edək ki, konfransda Herman Ney (RWTH, Axen, Almaniya), Culiya Hirşberq (Kolumbiya Universiteti, Nyu-York, ABŞ), İna Bornkesl-Şlesevski (Maks Plank institutu, Leypziq, Almaniya) kimi linqvistik texnologiyalar sahəsində dünya şöhrətli alimlər iştirak etmişdirlər.

Bu konfransda Dilmanc MT sisteminin təqdim olunması Azərbaycanda linqvistik texnologiyalar sahəsində aparılmış tədqiqatların dünya elmində bir az da tanınmasında müsbət rol oynamışdır

Cavab vermək

  • Sayt adları və elektron e-mail yazılarıavtomatik linkə çevrilir.
  • Yalnız göstərilən teqlərdən istifadə etmək mümkündür: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və bəndlər avtomatik düzənlənir.

Təhlükəsizlik kodu
Aşağıdakı təsvirdə gördüyünüz yazını aşağıdakı xanaya daxil edin

© dilmanc.az