Yeni Windows Live Messenger Tərcümə Robotu

Windows Live Messenger tərcümə robotu bir layihə kimi 2007-ci ilin yayında artıq səs-səda olmadan təqdim olundu. Robot yarandıqdan sonra, Sentyabrın 2-də Microsoft Tədqiqat Maşın Tərcüməsi yeni Windows Live Messenger Tərcümə Robotunun mövcudluğunu elan etdi. Helvecio Riberio tərəfindən yaradılan MSR MT robot maşın tərcüməsi Windows Live Messenger üçün Microsoftun ani mesajlaşma müştərilərinə dil baryerlərini aşmağa imkan verən maşın tərcüməsi imkanlarını təqdim edir.
MSR MT komandasının nümayəndəsi bildirdi: "Bu Messencer robotu sizin üçün tərcümələr edir. Sadəcə mtbot@hotmail.com -u əlaqələrinizin siyahısına əlavə edin və söhbətə başlayın. Siz robotla təkbərtək danışa bilərsiniz və ya dostunuzu dəvət edib onunla müxtəlif dillərdə söhbət edə bilərsiniz və robot sizin üçün tərcümə edəcək. Adəti üzrə yadda saxlayın ki, maşın tərcüməsi mükəmməl deyildir - xüsusilə slenqdə çətinliklər olacaqdır. Siz həmçinin Windows Live Messenger –smartfonunuza yükləməklə xarici ölkələrə səfəriniz zamanı sadə cümlələrin tərcüməsində robotun xidmətindən faydalana bilərsiniz."
Təbii ki, Windows Live Messenger tərcümə robotu Windows Live brendi altında çıxış edən Tərcümə təşəbbüsü ilə sıx bağlıdır, o mənada ki, AM müştərisi və onlayn xidmət eyni maşın tərcüməsindən istifadə edir. Tərcümə robotunun hansı istiqamətlər üzrə tərcümə etdiyini bilmək istəyirsinizsə www.windowslivetranslator.com saytına daxil olun.

Cavab vermək

  • Sayt adları və elektron e-mail yazılarıavtomatik linkə çevrilir.
  • Yalnız göstərilən teqlərdən istifadə etmək mümkündür: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və bəndlər avtomatik düzənlənir.

Təhlükəsizlik kodu
Aşağıdakı təsvirdə gördüyünüz yazını aşağıdakı xanaya daxil edin

© dilmanc.az