Bloqların avtomatik tərcüməsi (WordPress-ə Google tərcümə xidmətinin inteqrasiyası)

Veb səhifələrdə çoxdilli məlumatlar hər zaman ziyarətçilər tərəfindən qiymətləndirilir çünki bu ünsiyyətə maneələri aradan qaldırır. Məlumatın çox dildə verilməsini təmin etməklə saytın ziyarətçilərinin sayı artacaq.
İnternetdə əldə olunan tərcümə xidmətləri ticarət xarakteri daşımaqla bərabər ödənişsizdir və istənilən veb səhifəyə qoşula bilər. Ən çox istifadə olunan ödənişsiz tərcümə xidməti Google Translate – dir, çünki o iyirmiyə yaxın dil cütlükləri arasında mətni tərcümə etməyə imkan verir. O, təkmilləşdirilmiş tərcümə texnikasından – statistik maşın tərcüməsindən istifadə edir.
Əgər siz WordPress bloquna sahibsinizsə, onun məzmunu sizin saytın ziyarətçilərinə Google Translate xidmətinə əsaslanaraq bir çox dillərdə təqdim oluna bilər. Bloqun mətnin məzmununa avtomatik tərcümə keyfiyyətlərini əlavə etməyə icazə verən çoxlu seçimləri vardır.
Google Translate Tools səhifəsində siz WordPress bloqun (veb səhifənin) dilini seçməlisiniz və daha sonra yaradılmış kodu saydbardan mətn pəncərəsinə kopiyalayıb yerləşdirməlisiniz. Məsələn, WordPress 2.5.1. versiyasında Alətlər panelindən Dizayn, Vidjeti seçin, Mətni əlavə edin, redaktə edin və daha sonra yerləşdirin. Vidjet Google Translate texnikasına veb səhifə ziyarətçilərinin rahat və sürətli girə bilməsi üçün saydbarın yuxarısında yerləşdirilməlidir.
WordPress bloquna Google Translate xidmətini əlavə etmək üçün digər alternativ üsul köməkçi proqramların yüklənməsidir. Global Translator köməkçi proqramı dörd ödənişsiz tərcümə xidmətlərindən - Google Translate, Babel Fish, Prompt və FreeTranslations – istifadə etməyə imkan verir. O, həmçinin ASO (Axtarış Sistemlərinin Optimallaşdırılması), qaydalara riayət olunma, səhifə keşinqi mexanizmi və digər müxtəlif faydalı keyfiyyətlərə malikdir.
Google Translate, eləcə də istənilən digər tərcümə xidmətlərindən istifadə etməklə son dərəcə dəqiqliklə münasib tərcümə nəticələri əldə etmək üçün mətnin məzmunu aydın şəkildə formalaşdırılmalıdır. Veb səhifənizdəki məlumat üçün çoxdillilik tətbiq olunduqdan sonra məlumatlar axınında artım hiss edəcəksiniz və nəticədə veb səhifənin populyarlığında artım müşahidə olunacaqdır.

Cavab vermək

  • Sayt adları və elektron e-mail yazılarıavtomatik linkə çevrilir.
  • Yalnız göstərilən teqlərdən istifadə etmək mümkündür: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və bəndlər avtomatik düzənlənir.

Təhlükəsizlik kodu
Aşağıdakı təsvirdə gördüyünüz yazını aşağıdakı xanaya daxil edin

© dilmanc.az