Dilmanc MT sistemi beynəlxalq konfranslarda

European Assosiation for Machine Translation – EAMT

Dilmanc maşın tərcümə sistemi Maşın Tərcüməsi üzrə Avropa Assosiasiyasının (European Assosiation for Machine Translation – EAMT) Almaniyanın Hamburq şəhərində keçirilən konfransında iştirak etmək üçün dəvət almışdır. Konfrans bu ilin sentyabr ayının 22-23-də Hamburq universitetində keçiriləcəkdir.
Maşın Tərcüməsi üzrə Avropa Assosiasiyası maşın tərcüməsi sistemləri və elektron tərcümə vasitələrinin getdikcə daha geniş istifadə edilməsini və populyarlıq qazanmasını nəzərə alaraq bu sahənin inkişaf etdirilməsində maraqlı olan insanları – istifadəçiləri, belə vasitələrin yaradıcılarını və tədqiqatçıları birləşdirən bir təşkilatdır. Bu təşkilat Maşın Tərcüməsi üzrə Beynəlxalq Assosiasiyaya (International Association for Machine Translation – IAMT) daxil olan üç təşkilatdan biridir. Digər iki təşkilat isə Amerika Maşın Tərcüməsi Assosiasiyası (Association for Machine Translation in the Americas – AMTA) və Asiya-Sakit okean Maşın Tərcüməsi Assosiasiyasıdır (Asian-Pacific Association for Machine Translation – AAMT).

Cavab vermək

  • Sayt adları və elektron e-mail yazılarıavtomatik linkə çevrilir.
  • Yalnız göstərilən teqlərdən istifadə etmək mümkündür: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və bəndlər avtomatik düzənlənir.

Təhlükəsizlik kodu
Aşağıdakı təsvirdə gördüyünüz yazını aşağıdakı xanaya daxil edin

© dilmanc.az